GÖMRÜK ƏMƏKDAŞI "HEYDƏR ZİRVƏSİ"NƏ YÜRÜŞDƏ İŞTİRAK EDİB
12 May 2023 12:11 SiyasətGömrük əməkdaşı "Heydər zirvəsi"nə yürüşdə iştirak edib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə müxtəlif dövlət və özəl qurumların bir qrup əməkdaşı dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə yürüş edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi yürüşə Dövlət Gömrük Komitəsinin əməkdaşı Samir Həsənov da qatılıb.
DGK əməkdaşı Samir Həsənov və digər qrup üzvləri Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin mürəkkəb relyefinə və sərt iqliminə baxmayaraq "Heydər zirvəsi"nə qalxaraq burada Ümummilli Lider Heydər Əliyevin barelyefi önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini yad edib və Azərbaycan bayrağını dalğalandırıblar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi