Toyuq oğrusunun azadlığa çıxmaması AXC - Müsavatı narahat edir

"Bəzi partiyalar, xaricdə olan bəzi bloggerlər prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamın üzərinə kölgə salmağa çalışır. Nəzərə almaq lazımdır ki, bu sərəncamla  800-dən çox insan əfv olunub, lakin AXCP-Müsavat və Milli Şuranın 3-4 toyuq oğrusunun azadlığa çıxmaması onları narahat edir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin iclasında millət vəkili Siyavuş Novruzov deyib. Bildirib ki, Azərbaycanın bu qədər vətəndaşının azadlığa çıxması bir tərəfdə qalıb, hüquq-mühafizə orqanında işləmiş, rüşvət üstündə tutulub, çıxıb özünü hüquq müdafiəçisi elan edən bir neçə nəfər əfv sərəncamına kölgə salmağa çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31