Ermənistanın böyük bacısı Fransa tərəfsizliyini qoruya bilmir - Deputat
12 May 2023 11:58 Siyasət"Erməni milləti "Böyük Ermənistan" xəstəliyinə düçar olub. Onlar qonşu ölkələrin ərazi bütövlüyünü tanımırlar. Çox təəssüf ki, Fransa da onlara dəstək verir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib. Bildirib ki, Ermənistan 44 günlük savaşdan nəticə çıxarmayıb. Onlar ümid edir ki, yenə əvvəlki kimi olacaq: "Çox təəssüf ki, bizim daxilimizdə də ermənilərin güvəndiyi dairələrə bağlı insanlar bu cür düşünür. Qardaş Türkiyədə olan bəzi partiyalar da onlara dəstək olur. Türkiyədə Azərbaycana qarşı səsləndirilən fikirlərə təəssüflənirəm. Türkiyə xalqı belə cəhdləri əfv etməz. Türkiyədə hakimiyyət dəyişsə də, Azərbaycan və Türkiyə münasibətləri sarsılmaz. Fransa Ermənistanın böyük bacısı kimi hadisələrdə tərəfsizliyini qoruya bilmir".