Müstəqillik illəri ərzində Azərbaycan 17 dövlətlə strateji tərəfdaşlıq haqqında muqavilələr imzalayıb - ÖZƏL

"Yeni mərhələdə Azərbaycan Respublikasının xarici siyasətdə üstünlük verdiyi istiqamətlərdən biri də strateji tərəfdaşlarla əməkdaşlığın hərtərəfli inkişafıdır. Müstəqillik illəri ərzində Azərbaycan 17 dövlətlə strateji tərəfdaşlıq haqqında muqavilələr imzalayıb. Bu dövlətlər arasında Azərbaycanın ənənəvi tərəfdaşları ilə yanaşı yeni ölkələr də var".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən Yeni Azərbaycan Partiyasının üzvü Günel Hümmətovanın sözlərinə görə,  Azərbaycan bundan əlavə olaraq bir sıra beynəlxalq təşkilatlara üzv olmaqla çoxtərəfli diplomatik əlaqələrini genişləndirib:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmiz xarici siyasət meydanında müstəqil siyasət yürüdür və heç bir dövlət öz iradəsini ona diktə edə bilməz. Azərbaycan daim öz milli maraqlarını əsas tutaraq ölkəmizi region dövlətlərinin inkişafı, ortaq mənafelərin ödənilməsi üçün sülh və əməkdaşlıq məkanına çevirməyə nail olub"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31