Spiker Fransa səfirinə Laçın yolu ilə bağlı iddiaların qəbuledilməz  olduğunu bildirib

"Ötən gün Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayonla görüşüm oldu. Görüş zamanı Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın regiona son səfəri, Laçın yolu ilə bağlı Ermənistanda verdiyi bəyanatlar, həmçinin Fransanın ictimai radiosuna müsahibəsində səsləndirdiyi iddiaların qəbuledilməz olduğunu bildirdim". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova bildirib. Spiker bu məsələnin davam etdirilməsini deputatlara da tövsiyyə edib: "Beynəlxalq təşkilatlarda üzv olan deputatlarımız mütləq bu məsələni ciddi nəzarətdə saxlamalıdır. Bununla bərabər təmsil olunduqları beynəlxalq təşkilatlarda bununla bağlı məsələ qaldırmalıdırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31