Fransa Ermənistanı silahlandırmağa çalışır - Deputat

"Fransa Ermənistanı silahlandırmağa çalışır. Fransanın bu hərəkəti birbaşa riyakarlıqdır. Fransanın yanaşması bütövlükdə Avropanın maraqlarına ciddi ziddiyyət təşkil edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deyən deputat Elşad Mirbəşirlinin sözlərinə görə, bu baxımdan biz Avropa ölkələrinə də çağırış etməliyik ki, Fransaya yerini göstərsin. Azərbaycanın bu məsələlərlə bağlı mövqeyi qətiyyətlidir".

Deputat əlavə edib ki, Fransa Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin etmək niyyətindədir: "Yeni hərbi attaşenin məqsədi Ermənistana müasir Fransa silahlarının verilməsi olacaq. Bu mövqeyin səbəbi nədir?".

Millət vəkilinin fikirləri ilə razı olduğunu bildirən spiker Sahibə Qafarova qeyd edib ki,  Fransanın Azərbaycandakı səfiri ilə dünən görüşüb: "Bu məsələləri xatırlatdım. Beynəlxalq təşkilatlarda olan deputatlar da bu məsələləri mütləq qaldırsınlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31