Vaşinqton yoxsa Moskva sülh müqaviləsi? - ÖZƏL
12 May 2023 10:25 Siyasət"Vaşinqton görüşündən dərhal sonra 8 mayda Paşinyanın Moskva səfəri onu göstərir ki, Paşinyan özünün və Ermənistanın gələcək taleyindən çox narahatdır və onun Moskva səfəri Ermənistanın Rusiyaya laxlamış sadiqliyini sübuta çalışmasıdır". Olaylar xəbər verir ki, bunu deyən hüquqşünas Vüqar Dadaşovun sözlərinə görə, təklif olunan yekun sülh müqaviləsinin hansı platformadan asılı olmayaraq Azərbaycanın şərtlərinin qəbul edilməsi fonunda, Paşinyan Azərbaycanla sülh müqaviləsinin Moskva variantına üstün tutduğunu dəfələrlə səsləndirməsi sülh müqaviləsini Moskva variantında imzalanacağı ehtimalını çox artırır. "Azərbaycan Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasında açıq görsənən ABŞ - Rusiya rəqabıti əslində Cənubi Qafqaz uğrunda siyasi-diplomatik müharibədir. Maraqlısı da odur ki, ABŞ və Rusiya arasında Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması uğrunda rəqabəti Azərbaycanın siyasi-diplomatik və hərbi imkanlarını genişləndirir, Azərbaycanın öz maraqlarında daha israrlı və qətiyətli olmasına əlverişli şərait yaradır. Sözsüz ki, ən geci sülh müqaviləsi imzalandıqdan sonra Rusiya Ermənistanda nəhayət ki, hakimiyyət dəyişikliyi edə biləcək və yeni rusiyapərəst liderin hakimiyətə gəlməsi, hökümətin formalaşması baş tutacaq.
Ermənistanın Azərbaycanla sərhəddində rus sərhədçilərin yerləşdirilməsi də zaman məsələsidir. Maraqlı gözləntilərdən biri də odur ki, Türkiyədə prezident seçkilərində Cənab Ərdoğanın təkrar seçilməsindən sonra Rusiyanın Ermənistana təsiri artacaq, mövqeyi güclənəcək".