Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib - FOTO

10 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi" mövzusunda konfrans keçirilib. 

Konfransda Elm və Təhsil Nazirliyinin, AMEA-nın əməkdaşları, Azərbaycan Yazıçılar Birliyinin üzvləri və digər qonaqlar iştirak etmişlər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, həmçinin "Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur", "Heydər Əliyevin Azərbaycançılıq ideyalarının və dövlətçilik konsepsiyasının elmi, fəlsəfi əsasları", "Heydər Əliyev və Azərbaycan dilinin qorunması", "Heydər Əliyev və əbədiyaşarlıq", "Heydər Əliyev ideyaları və Azərbaycançılıq məfkurəsi müasir ədəbiyyatda: yazıçı-alim Sadıq Qarayevin "Sahilsiz Təzadlar", "Sahibsiz kölgələr", "Sarvansız zamanlar" əsərlərinin nümunəsində" mövzuları əsas diqqət mərkəzində olmuşdur.

Nəzərdə tutulan mövzularda Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Səma Vəliyeva, b.ü.f.d., dosent, AYB və Rusiya Yazıçılar İttifaqı üzvü, "Qızıl kəlmə" mükafatçısı Sadıq Qarayev, AMEA-nın əməkdaşları- fil.ü.e.d. Mərziyyə Nəcəfova, fəlsəfə üzrə f.d., dosent Şabanov Zeynəddin, tarix üzr.f.d. Yaqut Emirova tari, tarix üzr.f.d. Həsənov İlham, Arzu Musayeva, Elm və Təhsil Nazirliyi əməkdaşı fil.ü.f.d.,şair Adilə Nəzər, ADPU əməkdaşı- fil.ü.f.d., dosent Yeganə Qəhrəmanova, Akdeniz Universiteti Ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı bölməsinin professoru Şevkiye Kazan Nas, AYB üzvləri- tənqidçi, yazıçı, Əsəd Cahangir, əməkdar mədəniyyət xadimi Qəşəm Nəcəfzadə, Kredo qəzetinin baş redaktoru, yazıçı şair Əlirza Xələfi, Sabunçu rayon Ağsaqqallar Şurasının sədri, şair Vəli Səfərov Qaracaylı, yazıçı, şair Arzu Əsəd,  şair, yazıçı Hacı Loğman Qorqud, şair Hacı İlham Qurbanoğlu, yazıçı Əliyeva Lətifə, yazçı, tənqidçi Hacıyev Kənan və şair Elşad Barat çıxış etmişlər.

.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31