Milli Məclisin deputatı Türkiyənin Konya şəhərində səfərdə olacaq
11 May 2023 19:06 SiyasətMilli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Türkiyə Respublikasında keçiriləcək prezident və parlament seçkilərini Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) xətti ilə müşahidə etmək üçün mayın 12-də Türkiyənin Konya şəhərinə səfər edəcək.
Olaylar xəbər verir ki, deputatımız burada seçkilərə hazırlıqla tanış olacaq, seçki günü məntəqələrdə prosesin gedişini və seçicilərin fəallığını izləyəcək.
Səfər mayın 15-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31