Brüssel görüşü ertələnə bilər - ÖZƏL
11 May 2023 15:42 Siyasət"Ötən gün və bu gün Ermənistanda şərti sərhəddə baş verən təxribatlar, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin iriçaplı silahlardan intensiv atəşə tutulması Brüssel görüşünün ertələnməsinə gətirib çıxara bilər". Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. "OLAYLAR"-a daxil olan açıqlamada bildirilib ki, təxribatlarda əsas məqsəd də məhz Brüssel görüşünə mane olmaqdır:
"Bu həm Kremlin, həm də Ermənistandakı revanşist qüvvələrin maraqlarına xidmət edir. Rusiya heç bir halda istəmir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ortaya qoyulan diplomatik fəaliyyətdə ona alternativ olan olsun. Kreml bu prosesi təkbaşına, həm də real nəticə olmadan uzatmağa çalışır. Ona görə də Qərbdən diplomatik fəallığın artdığı anlarda dərhal Rusiya iki ölkə arasında sərhəddə növbəti bir təxribat törədərək nəzərdə tutulan görüşləri əngəlləməyə nail olur".