Ermənistanla sülh mümkün deyil - ÖZƏL

"Ermənistanın yenidən təxribata əl ataraq şərti sərhəd boyunca vəziyyəti gərginləşdirməsi onu deməyə əsas verir ki, bu ölkə ilə sülh mümkün deyil". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik deyib ki, diplomatik fəallığın artdığı, Vaşinqton görüşünün ardınca Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşəcəyi barədə razılığın əldə olunduğu bir vaxtda İrəvanın təxribata əl atması yalnız və yalnız danışıqlar prosesini pozmağa yönəlmiş addımdır:

"Azərbaycana Ordusuna qarşı həyata keçirilən təxribatda Ermənistan qədər bu ölkədə fəaliyyət göstərən Avropa İttifaqının mülki missiyası, Rusuya sülhməramlı kontingenti, eləcə də fars molla rejimi də məsuliyyət daşıyır və baş verən istənilən hadisədə günahkar tərəflərdirlər. Necə olur ki, Rusiya sülhməramlı kontingenti Ermənistanın təxribata əl atdığı barədə məlumat yaymır. Yaxud, Avropa İttifaqının mülki missiyası baş vermiş hadisəyə görə, Ermənistana bir kəlmə söz demir".

"İrana gəlincə, fars molla rejimindən buna görə küsməyə, inciməyə dəyməz. Çünki İran bu günə kimi Ermənistan qədər bizə ziyan vurub, ərazilərimizin işğal altında qalmasında iştirakçı tərəflərdən biri rolunu oynayıb. Ən son İkinci Qarabağ müharibəsində də aydın şəkildə gördük ki, bu ölkə Ermənistana Azərbaycan üzərində üstünlük əldə etmək üçün maşınlarla dolu silah-sursat, texnika göndərdi".

Arzuman Muradlı hesab edir ki, kimin nə etməsi, hansı oyunu oynamasından asılı olmayaraq Azərbaycan regionda yeni reallıq yaradıb və hər kəs də bu reallıqla barışmaq məcburiyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31