Azərbaycanın gələcəyini təmin edən neft strategiyası Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb - ÖZƏL

"Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyini müəyyənləşdirən neft strategiyası işlənib hazırlandı və həyata keçirilməyə başlandı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Eldar İbrahimovun sözlərinə görə, ciddi təzyiqlərə, bəzi böyük dövlətlərin etirazlarına baxmayaraq Ulu öndərin səyi nəticəsində Xəzərin  Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" neft yataqlarının birgə  işlənməsinə dair öz əhəmiyyətinə görə 20 sentyabr "Əsrin müqaviləsi" adını almış beynəlxalq müqavilə dünyanın 8 ölkəsini təmsil edən 13 iri  transmilli şirkət tərəfindən imzalandı: "Bundan sonra Azərbaycanın enerji resurslarını  dünya bazarlarına çıxarmaq üçün Bakı- Tbilisi- Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlandı. Bütün bunlar ümummilli liderin özünün dediyi kimi Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən mühüm addımlar idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31