Danışıqlar prosesini pozmaq istəyən qüvvələr - ÖZƏL
11 May 2023 11:45 SiyasətVüqar Əhmədov: "Ermənistanın əli ilə regionda vəziyyəti yenidən gərginləşdirməyə cəhd edirlər"
"Sülh danışıqlarında irəliləyişin əldə olunması görünür Ermənistanda təxribatçı qüvvələri narahat edib". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, dünən XİN rəhbəri danışıqlarda irəliləyişin olmasını qeyd etdi, bunun ardınca Brüsseldə danışıqlar davam etməli və dövlət başçıları Avropa İttifaqının sammiti çərçivəsində Moldovada həlledici görüş keçirməli idilər:
"Qarşıdan gələn həlledici danışıqlar prosesini pozmaq istəyən qüvvələr Ermənistanın əli ilə regionda vəziyyəti yenidən gərginləşdirməyə cəhd edirlər və buna görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür".
Politoloq hesab edir ki, belə davam edərsə, artıq Ermənistanın sülh danışıqlarında pozucu tərəf kimi dünya tərəfindən tanınması qəbul edilməlidir.