Ulu Öndər dövlətimizin müstəqilliyini əbədi və dönməz etdi- HEYDƏR ƏLİYEV-100
12 May 2023 12:14 SiyasətHələ sağlığında əfsanələşən, zamanı qabaqlayan Heydər Əliyev fenomeni Azərbaycanın tarixini yazdı
Bəşəriyyətin dünyaya bəxş etdiyi az sayda şəxsiyyətlər var ki, onlar tarixdə bənzərsiz olur, insanlığın zirvəsinə çevrilən həmin şəxslər xalqının sevimlisi, istinad mənbəyi sayılır. İnsanlıq tarixində əbədiyaşarlıq qazanan şəxsiyyətlər sırasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xüsusi yeri var. Millət vəkili Oqtay Əsədov qeyd edib ki, hələ sağlığında əfsanələşən, zamanı qabaqlayan Heydər Əliyev fenomeni Azərbaycanın tarixini yazdı: "Ömrünü xalqına həsr etmiş dahi Heydər Əliyev tarixdə cəsarətli və yaradıcı dövlət xadimi kimi iz qoydu. O, tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı ictimai-siyasi xadim, müstəqil Azərbaycan dövlətinin banisi, dövlətin inkişaf strategiyasının əsasını qoyan, Azərbaycan xalqının iradəsini ifadə edən siyasi lider kimi qalacaq. Heydər Əliyev Azərbaycanın ən çətin anında - Sovet İttifaqının dağıldığı, ölkənin parçalandığı, xalqın ruhdan düşdüyü bir dövrdə siyasi meydana xalqın xilaskarı kimi daxil oldu. Ötən əsrin 60-cı illərindən ömrünün sonunadək Azərbaycanın müstəqilliyi üçün çalışdı, mübarizə apardı. Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu bildirən Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi. Ulu Öndər dövlətimizin müstəqilliyini əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə gətirdi. Respublika iqtisadiyyatını dirçəltdi, Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirdi.Azərbaycan Konstitusiyasının müəllifi olan Ulu Öndər dövləti və xalqı müdafiə etməyə qadir olan ordu yaratdı, dağılmış iqtisadiyyatı dirçəltmək istiqamətində güclü iş apardı, Azərbaycanın siyasi və iqtisadi istiqamətlərdə aparıcı ölkələrlə bağlılığını təmin etdi.Azərbaycanın beynəlxalq əlaqələrini möhkəmləndirərək, gələcək inkişafa hesablanmış neçə-neçə layihənin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı".
Onun bildirdiyinə görə, polad iradə sahibi olan Heydər Əliyev planetimizin bugünkü siyasətini müəyyənləşdirən dünya liderləri içərisində seçilən-sayılan, qəbul olunan əzəmətli şəxsiyyət idi: "Davamçısı, ideyalarını daim irəli aparan varisi olan siyasətçi xoşbəxtdir. Siyasi varislik baxımından da mükəmməl olan Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bu gün Prezident İlham Əliyev layiqincə davam etdirir.Ulu Öndər uzaqgörənliklə deyirdi ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. "Əgər torpaqlarımız sülh yolu ilə azad olunmazsa. Bizin nəyin bahasına olursa olsun, torpaqlarımızı azad edəcəyik. Dünya bilməlidir, hamı bilməlidir, o cümlədən, Ermənistan tərəfi bilməlidir ki, biz torpaqlarımızın bir metrəsini də, bir qarışını da heç kəsə verməyəcəyik" deyən Ulu Öndər qələbəmizə hər an inanırdı.Ümummili Liderin arzusunda olduğu, ancaq başa çatdıra bilmədiyi birinci vəzifəsi torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzn bərpa oluması idi. Məhz təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş qələbəni Ali Baş Komandan, Prezident İlham Əliyev bizə bəxş etdi."Qarabağ münaqişəsi" termin artıq tarixə qovuşub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Odusunun torpaqlarımızın işğaıdan azad edilməsi həm də Ulu Öndərin ruhunu şad etməkdir. Bu gün dahi Heydər Əliyevin qurduğu Azərbaycan özünün ən şərəflli sevincli günlərini yaşayır. Azərbaycan var orduqca Ulu Öndərin də ruhu şad olacaq, xalqımız həmişə Heydər Əliyevi rəhmət və sevgiylə anacaq".
Millət vəkili, Milli Məclisin Ailə,Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının 20-ci əsrdə ərsəyə gətirdiyi və dünyaya bəxş etdiyi, əslində isə tanrının bizə lütf etdiyi dahidir və belə dahilər hər zaman doğulmurlar: "Heydər Əliyev haqqında danışarkən onun hakimiyyətdə olduğu dövrlərdə imzasını atdığı saysız hesabsız layihələr haqqında söz etməmək mümkün deyil. Hər birimizin qəlbimizdə bir Ulu Öndər abidəsi var və bu abidə hər zaman öz sözünü deyir. Sovet totalitar rejiminin tüğyan etdiyi bir zamanda məhz Heydər Əliyev mümkün olmayanı xalqı üçün etdi. O 50 il sonranı peyğəmbər dəqiqliyi ilə görərək addımlar atırdı. O, Azərbaycan iqtisafiyyatının, sənayenin, mədəniyyətinin, səhiyyənin, təhsilin, ordunun, kənd təsərrüfatının təşəkkülü və inkişafı üçün böyük bir əzmkarlıqla və cəsarətlə çalışırdı. Onun saysız-hesabsız xidmətlərindən bir neçəsini xatırlayaq. Ulu Öndərin böyük səyləriylə sovetlər dövründə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Milli hərbi kadrlar yetişdirildi. O buna böyük çətinliklərlə də olsa, nail oldu! Bu müstəqil bir ölkədə yox, SSRİ məkanında, SSRİ imperiyasına bağlı olan bir respublikada baş verirdi. Biz Qarabağ uğrundakı böyük qələbəni həmin liseyin məzunu ordu generallarımızın, zabitlərimizin şücaətiylə əldə etdik. Bu isə Heydər Əliyev dühasının gələcəyi görmək bacarığını bir daha isbat edir.Biz bu gün ölkəmizin müxtəlif sahələrində uğurla çalışan kadrlarla iftixar edirik və onların bir çoxunun həyatında Heydər Əliyevin böyük rolu olub. Yenə də sovetlər dövründə, Heydər Əliyev bu günə hesablanmış addımlar ataraq Azərbaycan gənclərinin ölkənin ən nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradırdı. Özü şəxsən hazırda onun adını daşıyan sarayda gənclərə xeyir-dua verirdi, onlara dəstək olurdu, gənclərin yetişərək Azərbaycana qayıdıb ayrı-ayrı təsərrüfat sahələrində, dövlət idarəetməsində iştirak etmələrinə şərait yaradırdı".
Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə ikinci gəlişi torpaqlarımızın tamamilə parçalanaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldığı bir zamana təsadüf edirdi. Heydər Əliyev hakimiyyətə gələrək xalqını xilas etdi, ölkəsini parçalanmaqdan, məhv olmaqdan qurtardı. O zamana qədər ölkənin yox olmuş bütün sahələrini bir-bir dirçəltməyə başladı, ən əsası isə Azərbaycanın müstəqilliyini qorudu və əbədi etdi: "Tarix boyu bir çox dünya xalqları öz müstəqilliyi uğrunda mübarizə aparıb. Azərbaycan xalqının da 20-ci əsrdə əldə etdiyi müstəqilliyin ömrü cəmi 23 ay sürdü. Ondan sonrakı bütün dövrlərdə xalq öz müstəqilliyi uğrunda mübarizə apardı və tarix onu göstərdi ki, əslində müstəqilliyi qorumaq, saxlamaq onu əldə etməkdən daha çətindir. Heydər Əliyev məhz bunu etdi, ayaqları üstündə zor dayanan Azərbaycana, evdən çıxıb axşam evimizə sağ salamat qayıdacayıq mı, qayıtmayacayıq mı dilemması, olum-ölüm sualı qarşısında qalan xalqa əbədi yaşarlıq verdi, ölkəni vətəndaş müharibəsindən, xaosdan, səfalətdən qurtardı.Onun rəhbərliyi ilə böyük layihələrə imza atıldı. 1994-cü ildə imzalanmış Əsrin Müqaviləsi əslində yenə bu günümüzə hesablanmış addım idi. Bu kontrakt Azərbaycana böyük investisiyaların yatırılması, dünyanın aparıcı şirkətlərinin nəzərini Azərbaycana cəlb etmək demək idi. Azərbaycan qısa müddətdə böyük inkişaf yolu keçdi, atəşkəsə nail olundu. O atəşkəs sayəsində daha sonrakı qələbəmizə hazırlandıq, 44 günlük müharibə nəticəsində Zəfər çaldıq! "Mən ona özüm kimi inanıram, inanıram ki, mənim başladığımız lakin sona çatdıra bilmədiyim işləri ləqayətlə davam etdirəcəkdir" deyərkən də Heydər Əliyev yanılmadı, bizlərə doğru olan yolu göstərdi. Və ata vəsiyyətinə ləyaqətlə əməl edən Prezident İlham Əliyevin dəmir iradəsi, dəmir yumruğu ilə yeni, bütöv Azərbaycan təntənə çaldı! Bu günlərdə həm Ulu Öndərin, həm də onun vəfalı ömür-gün yoldaşı, 20-ci əsr Azərbaycan qadın tarixinin parlaq siması, görkəmli alim Zərifə xanım Əliyevanın 100 illik yubleyidir. Onlar bundan 100 il əvvəl, cəmi 10 gün aralıqla qədim Naxçıvanda dünyaya gəldilər, böyüdülər. İllər sonra Naxçıvandan uzaq bir şəhərdə Bakıda qarşılaşdılar, bir-birlərinə dərin sevgi ilə bağlandılar. Bu sevgiylə sarsılmaz bir təməl atdılar, xoşbəxt bir ailə qurdular... Dünyamıza, xalqımıza, bizlərə İlham Əliyev kimi əvəzsiz bir oğul, Xilaskar bir Prezident bəxş etdilər. Bu gün məhz onun sayəsində bütövləşmiş Azərbaycanı xalqı olaraq böyük bir qürurun, xoşbəxtliyin, sevincin içərisindəyik. Bu gün biz Qarabağlı Azərbaycanıq! Bu qüruru bizə yaşatdığı üçün Prezidentimizə sonsuz minnətdarıq və onu dünyaya gətirən o böyük insanların, qarşısında baş əyirik, ruhlarına dualar oxuyuruq".
Alim