Ermənistanın bu günki təxribatı həm də İranın 195 il əvvəlki davranışına bənzəyir - ÖZƏL
11 May 2023 10:28 Siyasət"Ermənistanın bu günki təxribatı həm də İranın 195 il əvvəlki davranışına bənzəyir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. Onun sözlərinə görə, 210 il əvvəl "Gülüstan" müqaviləsinə əsasən Naxçıvan və İrəvan xanlıqlarını çıxmaq şərtilə Arazın şimalındakı bütün Azərbaycan xanlıqları İranın əsarətindən qurtarmışdır. Daha sonra İran Britaniya diplomatiyasının gizli təsiri ilə Rusiya ilə yenidən müharibəyə girişmiş və qazanmaq əvəzində daha da itirmişdir:
"İndi isə Ermənistan da İranın o illərdə buraxdığı ciddi səhvi buraxır, daha çox itirmək üçün çox axmaq davranır".
Eldəniz Əmirov onu da deyib ki, məhz Rusiyanın Qafqazda güclü oyunçuya çevrilməsi və Türkiyənin Qafqazlarda sıxışdırılması da məhz Gülüstan müaqaviləsi ilə başlamışdır: "Amma 210 il yetər. Yeni düzən, yeni oyunçu, yeni müqavilə vaxtıdır".