Brüssel və Kişinyovda keçirilən görüşlərdə sülh müqaviləsinin bağlanması istisnadır - ÖZƏL
11 May 2023 08:50 SiyasətAzərbaycan və Ermənistan liderlərinin mayın 14-də Brüsseldə görüşü keçiriləcək. Bu görüş ABŞ -da xarici işlər nazirlərinin danışıqlarında razılaşdırılıb. Brüssel görüşü İyunun 1-də Avropa Birliyinin Kişinyovda sammiti çərçivəsində iki ölkə liderlərinin görüşünün və masada olan sənədin müzakirəsi olacaq. Politoloq Məhəmməd Əsədullazadə Olaylar-a bildirilib ki, Ermənistan tərəfi Qarabağda erməni icmasına müəyyən güzəştlərin verilməsi və beynəlxalq platforma çərçivəsində danışıqlarda separatçıların iştirakını zəruri hesab edir. Bu danışıqlar fonunda Xankəndində separatçıların imza kampaniyası keçirməsi və etiraz mitinqi əsasən, sülh prosesini pozmağa və danışıqlar prosesində Ermənistanın şərtlərini Azərbaycan tərəfindən qəbul edilməsinə hesablanıb:
"Demək olar ki, N. Paşinyan yenidən manevr edir və danışaqlardan yayınır. İyunun 1-də Avropa İttifaqının sammiti çərçivəsində hər-hansı bir sənədin imzalanması real görünmür. Çünki, Ermənistan rəhbərliyi yenidən Qarabağla bağlı əsassız şərtlər irəli sürür. Bu da Azərbaycanın daxili işlərinə qarışmaqdır. ABŞ -da keçirilən görüşdən sonra, növbəti danışıqlarda Vaşinqton Yerevana təzyiq etməli idi. Halbuki Ağ Ev kompromisdən danışır. Ona görə də danışıqlarda konfedensiallıq qorunmasına baxmayaraq sülh müqaviləsinin imzalanması üçün fundamental fikir ayrılıqları qalır. Bu fikir ayrılıqları əsasən, Ermənistanın irəli sürdüyü təkliflərdən ibarətdir".