Qarabağ dünyanın ən gözəl məkanlarından birinə çevriləcək- Özəl 

"Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda bərpa və quruculuq işləri sürətlə aparılır". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə  görə, yaşayış binalarının, məktəb və bağçaların inşası ilə yanaşı tarixi-dini abidələrimizin bərpasına da xüsusi önəm verilir: "Hər bur rayonda məscidlərin bərpasına və yenilərinin inşasına xüsusi diqqət və həssaslıqla yanaşılır. Bu həm də Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin milli-mənəvi dəyərlərimizə nə qədər bağlı olduqlarını göstərir. Azərbaycan qısa müddətdə Qarabağı dünyanın ən abad və gözəl məkanlarından birinə çevirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31