Heydər Əliyev Azərbaycan ilə İsrail arasında əlaqələrin əsasını qoyub - İsxak Hersoq

İsrail Prezidenti İsxak Hersoq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycanı təbrik edib.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə İsrail Prezident Ofisinin "Twitter" səhifəsində paylaşım edilib.

Paylaşımda deyilir:

"Azərbaycan Prezidenti kimi ölkələrimiz arasında əlaqələrin əsasını qoymuş Heydər Əliyevin 100 illik yubileyini minnətdarlıqla qeyd edirik. Təbriklər!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31