Azərbaycan-Pakistan əlaqələri inkişaf edir - FOTO
10 May 2023 20:04 SiyasətAzərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Pakistan İslam Respublikasında səfərdədir.
Olaylar xəbər verir ki, səfər çərçivəsində vitse-spiker Adil Əliyev Pakistan Milli Assambleyasının sədri Raca Pərviz Əşrəflə görüşüb.
Görüşdə Azərbaycanla Pakistan arasında münasibətlərin inkişafından bəhs edilib, iki dövlət arasında dostluq əlaqələrinin daha da gücləndirilməsinin vacibliyi qeyd olunub. Söhbət zamanı Azərbaycan və Pakistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31