"Ağladı Azərbaycan!" adlı kitabı çapdan çıxdı- HEYDƏR ƏLİYEV - 100
10 May 2023 13:17 SiyasətCəfər Cabbarlı ev-muzeyinin böyük elmi-işçisi , jurnalist Əlibalayeva Gülnarənin böyük şəxsiyyət, Əbədiyaşar Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Ağladı Azərbaycan!" adlı kitabı nəşr olunub. Bu, müəllifin görkəmli dramaturqumuz Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunan "Qızıl yarpaqlar" və II Qarabağ Müharibəsindəki zəfərimizin birinci ildönümünə ithaf olunan "Müharibə acılarının zəfər sevinci" adlı kitablarından sonra üçüncü kitabıdır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu şeirlər toplusunun rəyçisi və "Ön söz"ün müəllifi filologiya elmləri doktoru, professor, alim - yazıçı - şair Vüqar Əhməddir.
Müəllifin özünün kitabdakı "Son söz"də yazdığı kimi, "Ağladı Azərbaycan!" şeirini Əbədiyaşar Liderimiz Heydər Əliyevin yoxluğundan mütəəssir olaraq, mənfi ünsürlərə qarşı tənqidi, eyni zamanda vətənpərvərlik və insansevərlik ruhlu ibrətamiz şeirləri isə, Ulu Öndərin müdrik çıxışlarından bəhrələnərək yazmışdır. O, həmçinin "Ağladı Azərbaycan!" şeirini və eyni adlı kitabı Heydər Əliyevin xatirəsinə həsr etməklə şərəf, fərəh və qürur duyduğunu qeyd etmişdir.