Heydər Əliyev öz gəlişi ilə ölkəni əhatə etmiş total böhran, ciddi təhlükələr məngənəsindən xilas etdi - ÖZƏL - HEYDƏR ƏLİYEV -100
10 May 2023 13:16 Siyasət"10 may müstəqillik, Azərbaycançılıq ideologiyasını milli şüurlarda və xalqın iradəsində bərqərar etməyə nail olan, insanlarda Vətən, dövlətçilik, suverenlik hissiyyatlarını gücləndirən unikal bir şəxsiyyətin- Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasından 99 il keçir. Heydər Əliyev Azərbaycana 1969-1982 və 1993-2003-cü illərdə rəhbərlik etmişdir. O, kommunist rejimi dövründə doğma xalqına qarşı baş vermiş haqsızlıqlar əleyhinə özündən başqa hec kəsin apara bilməyəcəyi mübarizəni apardı, Kreml rejiminin ağır təqibləri şəraitində Azərbaycanın gələcəyi naminə olduqca uzaqgörən və çox cəsarətli addımlar atdı, respublikamızı geri qalmış aqrar ölkədən müasir sənaye mərkəzinə, elm və mədəniyyət ocağına çevirdi, bugünkü müstəqiiliyimizin əsaslarını yaratdı". "Olaylar" xəbər verir ki, bunu deyən Riyaziyyat və Mexanika İnstitutunun Baş direktoru Misir Mərdanov bildirib ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra yaşadığımız "olum ya ölüm" adlı həyəcanlı anlarda isə möhtəşəm qayıdışından başlanan xilaskarlıq missiyası ilə qüdrətli, müstəqilliyi əbədi, dönməz və sarsılmaz Azərbaycan dövlətinin qurulmasına nail oldu: "Öz gəlişi ilə ölkəni əhatə etmiş total böhran, ciddi təhlükələr məngənəsi, son həddə çatmış siyasi qeyri-sabitlik, sürətli iqtisadi tənəzzül, erməni təcavüzünün coğrafiyasının genişlənməsi və digər bu kimi amillərdən xilas etdi. Heydər Əliyev Azərbaycanı həm də yalnız regionun yox, bütün türk dünyasının qabaqcıl məmləkətlərindən birinə çevirməyin strategiyasını hazırladı. İndi cəsarətlə demək olar ki, "Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin yalnız fəaliyyəti nəticəsində deyil, həm də qəhrəmanlığı nəticəsində yaranmışdır!" Bu misilsiz xidmətlər haqda saatlarla danışmaq, kitab yazmaq olar. Ancaq ölkənin taleyini möhtərəm prezidentimiz cənab İlham Əliyevin timsalında Azərbaycanın müstəqilliyini qoruyan, onun torpaqlarını düşmən tapdağından azad edən, tarixinin ən qüdrətli mərhələsinə yetirən güclü liderə əmanət etməsi ulu öndərin bu xalqa, bu dövlətə ən böyük xidmətlərindən biri kimi xüsusi vurğulanmalıdır".