Heydər Əliyev hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq - ÖZƏL - HEYDƏR ƏLİYEV -100
10 May 2023 12:07 Siyasət"Bu gün Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş dünya miqyaslı dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd edir. Azərbaycanın xilaskarı, öz həyatını Vətəninə və xalqına bəxş etmiş Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı ömrünün hər ayı, hər günü bir dastandır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Regional İnkişaf İctimai Birliyinin üzvü Xəyal Məmmədəliyev səsləndirib. O bildirib ki, Heydər Əliyev dünya siyasətçiləri üçün müdrik və uzaqgörən siyasi və dövlət xadimi, xalqımız üçün Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş dahi liderdir:
"Bu gün Ümummilli Lider Heydər Əliyev cismən aramızda olmasa da, nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq və onun əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq".