Milli Məclisin deputatları Türkiyədə seçkiləri müşahidə edəcəklər

Milli Məclisin bir qrup deputatı prezident və parlament seçkilərinimüşahidə etmək üçün mayın 11-də Türkiyə Respublikasının Ankara və İstanbul şəhərlərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, səfər çərçivəsində Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Ağalar Vəliyev və Anar Məmmədov TÜRK PA, deputatAzay Quliyev ATƏT PA,deputatlarRafael Hüseynov vəKamal Cəfərov AŞPA xətti iləTürkiyə Respublikasında mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinəhazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31