Ulu öndər mədəniyyətin yaxın dostu və himayədarı idi - HEYDƏR ƏLİYEV-100-ÖZƏL

"Böyük dövlət və ictimai-siyasi xadim, ədəbiyyatın, mədəniyyətin yaxın dostu və himayədarı Heydər Əliyevin fəaliyyətində əlamətdar tarixlər çoxdur. Ümummilli liderin fəaliyyəti Azərbaycanın inkişafı, şanı-şöhrəti, çiçəklənməsi ilə sıx bağlı olub. Bu bağlılıq yalnız "dünən" deyil, yaşayan bugündür, inandığımız Gələcəkdir".

"Olaylar" xəbər verir ki, bunu deyən  millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın sözlərinə görə, Heydər Əliyevdən danışarkən biz yalnız tarixdən, irsdən danışmırıq, o tarixi, o mirası yaşadan, doğruldan bugünkü qüdrətli Azərbaycandan danışırıq, daha böyük gələcəyin Azərbaycanını düşünürük: "Bu anlamda, Heydər Əliyev adı, o adın, onun irsinin işığı bugün ictimai-siyasi fəaliyyətimizə nizam verdiyi kimi, sabahımıza da işıq salır, yol göstərir, yön verir. Gəlin, Şuşanın azad olunması münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin Xalqa müraciətində dediyi tarixi sözləri bir daha xatırlayaq: "Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun Dünya azərbaycanlıları"!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31