Heydər Əliyev üçün ən dəyərli anlar məhz onun öz xalqı ilə bir arada keçirdiyi günlər olub - ÖZƏL- HEYDƏR ƏLİYEV -100

"Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü daha güclü, Ulu Öndərin görmək istədiyi bir Azərbaycanda qeyd edirik. Heydər Əliyev xalqına və vətəninə bağlı, öz fəaliyyətində xalqın məhəbbətindən güc alan görkəmli dövlət xadimidir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki,  Heydər Əliyev üçün ən dəyərli anlar məhz onun öz xalqı ilə bir arada keçirdiyi günlər olub:

"Onun Azərbaycana olan sevgisi, keçdiyi həyat və mübarizə yolu Azərbaycanın işıqlı gələcəyini təmin etmiş oldu. Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla yad edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31