Özünü Azərbaycan uğrunda fəda edən Böyük Şəxsiyyət - ÖZƏL - HEYDƏR ƏLİYEV -100
10 May 2023 10:30 Siyasət"Bu gün 100 ilin böyük İnsanı, Azərbaycanın xilaskarı və memarı, Ulu Öndərimiz Heydər Əliyevin anadan olduğu gündür. Bütün zamanlarda dövlətçilik və xalqın firavanlığı, müstəqilliyi üçün çalışan, özünü Azərbaycan uğrunda fəda edən Böyük Şəxsiyyətin adı qədirbilən xalqımızın qəlbində əbədi olaraq qalacaq".

"Olaylar" xəbər verir ki, bunu deyən milət vəkili Aydın Hüseynovun sözlərinə görə, nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də o qədər yaşayacaq: "Müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörən siyasəti nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilmiş, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlara üzv olmuş, irimiqyaslı regional layihələrin iştirakçısına çevrilmişdir. Qazanılmış nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı üçün möhkəm zəmin yaratmışdır".