Rusiyada Heydər Əliyevin 100 illik yubileyi qeyd ediləcək
8 May 2023 20:05 SiyasətAzərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatı Emin Hacıyev mayın 9-da Rusiya Federasiyasının Ulyanovsk şəhərinə səfər edəcək.
Olaylar xəbər verir ki, burada Heydər Əliyevin xatirəsi anılacaq, Ulu Öndərin keçdiyi şərəfli ömür yolundan bəhs olunacaq, onun görkəmli dövlət və siyasi xadim kimi fəaliyyətinə nəzər salınacaq.
Səfər mayın 11-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31