Azərbaycanın faşizmin məhv edilməsində SSRİ xalqları arasında xüsusi rolu olmuşdur - ÖZƏL

"Faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının qəhrəman övladlarının da böyük rolu olmuşdur".
Bunu Olaylar.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"600 min nəfərlik xalqımızın nümayəndələri orduda döyüşüblər, arxa cəbhə çox böyük fədakarlıq göstərib. Konkret olaraq, Azərbaycan neftinin qələbənin əldə olunmasında çox böyük rolu var. Azərbaycan o anlamda faşizmin məhv edilməsində SSRİ xalqları arasında xüsusi rolu olmuşdur. Çoxsaylı istiqamətlərdə qəhrəmanlıq göstərmiş şəxslər var. Həzi Aslanov başda olmaqla, bütün qəhrəmanlarımızı xalq indiyə qədər də hörmətlə yad edir. Bu hadisənin ildönümü hər il Azərbaycanda xüsusi olaraq qeyd olunur. Dövlət tərəfindən müharibə veteranlarına qayğı göstərilir və onların xatirəsi hər zaman yad edilir. Baxmayaraq ki, Azərbaycan xalqı bu müharibədə bu qədər möhtəşəm töhfə vermişdir, biz SSRI-dən, Rusiyadan özümüzə qarşı adekvat münasibəti görə bilmədik. Buna görə də təəsüf edirəm və buna baxmayaraq, Azərbaycan xalqı hər zaman olduğu kimi haqqın, ədalətin yanında durdu, faşizmin dünya ağalığının gerçəkləşməsinə imkan vermədi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31