Ulu öndərin əbədiyaşar irsi gələcək nəsillər üçün tükənməz mənbə olacaq - ÖZƏL
8 May 2023 15:05 SiyasətÇağdaş Azərbaycan dövlətinin qurucusu və banisi, xalqımızın ulu öndəri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində 37 saylı Bakı şəhər poliklinikasınında tədbir keçirilib. "Olaylar" xəbəbr verir ki,bu barədə millət vəkili Məlahət İbrahimqızı məlumat verib: "Tədbirdə poliklinikanın kollektivi ilə bərabər həm də ərazi bütövlüyümüz uğrunda I və II Qarabağ savaşında iştirak etmiş dəyərli qazilərimiz də iştirak edirdi. Çıxış edənlərin hər biri xalqımız qarşısında misilsiz xidmətləri haqqında sevgi və minnətdarlıqla xatırlayaraq bu əbədiyaşar irsin gələcək nəsillər üçün tükənməz mənbə olacağını bildirdilər. Bugün xoşbəxtik ki, bu irs möhtərəm Prezidentimiz və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə yaşayır və ölkəmizi və dövlıtimizi daha da güclü edərək, dünya birliyində ildən-ilə nüfuzunu daha da artırır".