Müstəqil Azərbaycan tarixində ən böyük əfv sərəncamı
8 May 2023 14:22 Siyasət"Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncamı şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan tarixində ən böyük əfv aktıdır".

"Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, çoxlu sayda ailələri sevindirən bu Sərəncam humanizm, insanpərvərlik, insan hüquqların daha yaxın qorunması kimi dəyərlər ilə yanaşı sosial baxımdan da vacibdir: "Əfv olunmaq həmin vətəndaşlarımızın cəmiyyətə sosial inteqrasiyası və onların öz ailələrinə maddi dəstəyi baxımdan da önəmlidir. Xüsusən də ailə üzvünün məhkumluq həyatına görə sosial vəziyyəti pisləşmiş ailələr üçün bu xüsusi dəstək kimi xarakterizə oluba bilər. İnanırıq ki, əfv olunan vətəndaşlarımız üçün bundan sonra qanunun aliliyini qorumaq, cəmiyyətə re-inteqrasiya olunmaq və öz ailəsinə və dövlətinə dəstək nümayiş etdirmək əsas hədəf olacaq".