Qərb Qarabağda Azərbaycan bayrağının dalğalanmasından narahatdır - Çavuşoğlu

Artıq Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır, amma bu Qərbin xoşuna gəlmir.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Lider haber"ə müsahibəsində deyib.

O qeyd edib ki, Türkiyə-Azərbaycan-Özbəkistan, Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli təmasları başlayıb.

"Bu təmaslarla məqsədimiz əlaqələrimizi daha da gücləndirməkdir", - M.Çavuşoğlu qeyd edib.

Nazir nəqliyyat sahəsində əməkdaşlığa da toxunub:

"Bizim İranla münasibətlərimiz məlumdur. Bizim sürücülər daha çox Azərbaycandan daşınmalara üstünlük verirlər, İrandan yox. Çünki İran bizə problem yaradır. Azərbaycan isə bir tərəfdən həm qiymətlərlə bağlı jest etdi, həm də çox sürətli bir şəkildə çatdırılma həyata keçirildi - deyə M.Çavuşoğlu əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31