Ermənistan səmimi addım atmadığı üçün vəziyyət hələ də həssasdır - Çavuşoğlu

Cənubi Qafqazda vəziyyət hələ də həssasdır. Buna səbəb də Ermənistanın səmimi addım atmamasıdır.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Antalya Ticarət Birjasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Ermənistan Türkiyə və Azərbaycanın atdığı addımlara səmimi qarşılıq vermir.

 

"Bu səbəbdən gərginliklər ara-sıra artır", - nazir əlavə edib.

M.Çavuşoğlu enerji layihələrindən də danışıb:

"Qarşımıza çox önəmli fürsətlər çıxır. Orta dəhlizin əhəmiyyəti artıb. Xüsusilə enerji təhlükəsizliyi baxımından hazırda şərqi Avropa, cənub-şərqi Avropa, Balkan ölkələri başda olmaqla Avropaya qaz tədarükünə başladıq. Azərbaycandan gələn TANAP boru xəttinin tutumunu ikiqat artırırıq", - deyə M. Çavuşoğlu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31