Azərbaycanla Litva arasında siyasi əlaqələr möhkəm təməl üzərində qurulub - Ceyhun Bayramov

Azərbaycanla Litva arasında siyasi əlaqələr möhkəm təməl üzərində qurulub.

Olaylar.az  bildirir ki, bunu bu gün Litvada səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkar Gabrielius Landsbergis ilə görüşdən sonra keçirilmiş brifinq zamanı deyib.

Xatırladaq ki, bu gün xarici işlər naziri Ceyhun Bayramovun Litva Respublikasına rəsmi səfəri başlayıb.

Səfər çərçivəsində, nazir Ceyhun Bayramovun Litva Respublikasının dövlət rəsmiləri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasına həmsədrlik etməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31