Bəzi ölkələrdə bu olay Ermənistanın fakt qarşısında qoyulması kimi qiymətləndirilir - ÖZƏL

"Saxta soyqırımın anıldığı  24 apreldən bir gün öncə Azərbaycan dövləti  Laçın yolununun başlanğıcında  sərhəd-keçid məntəqəsi quraşdırmaqla gerçək tarixin necə yazıldığını və nə olduğunu bütün çılpaqlığıyla göz önünə sərdi. 

Ermənilər döyüş meydanındakı məğlubiyyətin heyfini bayraqdan çıxırlar - ÖZƏL

Bununla da saxta soyqırımı milli özünütəqdim və  özünütəsdiq fürsəti olaraq dəyərləndirənlərə, əbədi kin virusuna yoluxdurulanlara  bir daha ayrı-ayrı güclərin əlində geosiyasi alət olmağın perspektivsizliyi başa salındı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  bəzi ölkələrdə bu olay Ermənistanın fakt qarşısında qoyulması kimi qiymətləndirilir: "Xeyr, bu, Ermənistandan çox, oradakı xəstə təfəkkürlüləri revanşizmə həvəsləndirən yırtıcı dövlətləri,  Azərbaycanın ikinci Qarabağ savaşındakı zəfərini həzm etməyənləri fakt qarşısında qoymaq idi.  Söhbət Fransadan, İrandan və digərlərindən gedir.  Buradan onu da deməliyəm ki, Zəngəzur dəhlizinin açılmasının əleyhinə olanların 23 apreldə baş verənlərdə rolları az deyil.  Ona görə də mən ABŞ-dakı bəlli çevrələrin və Fransanın Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasını pisləyən  açıqlamalarını ikili standart yox, məhz ikiüzlülük, gözdən pərdə asmaq kimi qiymətləndirirəm. Bəyəm onlar Ermənistana təzyiq edərək  2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatın 9-cu bəndini yerinə yetirtməməklə  6-cı bəndin də üstündən xətt çəkdirdiklərini  bilmirdilər?  Azərbaycan Prezidentinin hələ 2021-ci ilin dekabrında Brüsseldə  Laçın yoluyla Zəngəzur dəhlizinin eyni statusluluğu haqda dediklərini unutmuşdular? Əlbəttə, yox. Beləliklə, cənab İlham Əliyev həm sözü gedən dövlətlərə, həm də digərlərinə növbəti dəfə göstərdi ki, biz bütün ssenarilərə hazırıq".

Millət vəkili əlavə edib ki, Ramazan bayramı ilə bağlı Tərtərdə baş çəkdiyim bütün şəhid doğmaları və qazilərimiz Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsinin qurulmasından son dərəcə razıdırlar, bu olayı 10 noyabr 2020-ci il üçtərəfli bəyanatından heç də az əhəmiyyətli saymırlar, bəlkə də əksinə torpaqlarımız üzərində suverenliyimizin tam təmininin rəmzi olaraq ona daha böyük önəm verirlər.  Qəhrəman Tərtərin şəhid doğmaları və qaziləri  Müzəffər Ali Baş Komandanımıza tarixə qızıl hərflərlə yazılacaq bu gün üçün öz dərin təşəkkürlərini bildirirlər: "Sərhəd-keçid məntəqəsini Qarabağdakı hay dillilərin orada qalıb yaşamaları üçün guya əngəl sayan qərbdəki bəlli çevrələr bizim regionda geosiyasi üstünlük və öz ölkələrində  eloktoral baza əldə etməyə dayanan, bir azca da səlibçilik  qoxusu gələn dırnaqarası  təəssübkeşliklərini, başqa yolla davam etdisələr daha yaxşı olar. Elə etdirirlər də.

Böyük Britaniyanın  müstəqil tədqiqat qurumlarından  birinin- Conflict Armament Research-in  yaydığı hesabatda göstərilir ki, Ermənistan ötən il ABŞ-dan 2021-ci ildəkindən  515%, Avropa Birliyindən isə 212% çip və prosessor alaraq həmən məhsulların 97%-ni Rusiyaya ötürüb.  Maraqlıdır, başqa dövlətlər Rusiyaya qarşı sanksiyanı azacıq pozarkən üstlərinə yerindiyi halda nədən Ermənistanın bu hərəkətlərinə göz yumulur? Yaxud  Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasını pisləyənlər o marşrutla Ermənistandan  Qarabağdakı qanunsuz silahlı birləşmələrə silah-sursat daşındığını, həmən silahlı birləşmələrin isə hay dillilərinin təhlükəsizliklərini təmin etməkdən çox Rusiyanın proksisi funksiyasını yerinə yetirdiklərini bildikləri halda niyə səslərini içlərinə salırlar?  Beynəlxalq normaların bir dövlətin torpaqlarında digərinin qanunsuz silahlı birləşmələr saxlamasını qadağan etdiyini dilə gətirmirlər? Sözü gedənləri son 30 ildə yaxşı tanıdığımızdan suallar ritorikdir, deyilmi? Diqqətinizə görə təşəkkür edirəm!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31