Ermənilər döyüş meydanındakı məğlubiyyətin heyfini bayraqdan çıxırlar - ÖZƏL

"Xankəndi-Laçın yolunun başlanğıcında Azərbaycanın nəzarət buraxılış məntəqəsinin qoyulmasından sonra İrəvanda ermənilərin keçirdikləri etiraz aksiyasında Türkiyə və Azərbaycanın bayraqlarının yandırılması bir daha onu deməyə əsas verir ki, ermənilər hələ də mehriban qonşuluq münasibətləri əsasında yaşamaq kimi prinsiplərdən, dəyərlərdən uzaqdırlar və onlarda tarixən formalaşmış türk düşmənçiliyi ideyası bu gün də davam etməkdədir". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, döyüş meydanında igid əsgərlərimiz, idman meydanlarında qalib idmançılarımız qarşısında qaçan, məğlub duruma düşən ermənilər acizanə şəkildə bunun heyfini bayraqdan alırlar: "Hər dəfə bayrağımızın yandırılması isə onlara baha başa gəlir. Bir neçə gün əvvəl İrəvanda keçirilən Avropa çempionatında Azərbaycan bayrağının barbarcasına yandırılmasının cavabı özünü çox gözlətmədi və Xankəndi-Laçın yolunun başlanğıcında nəzarət buraxılış məntəqəmiz quraşdırıldı, bayrağımız dalğalandı. İrəvanda keçirilən etiraz aksiyasında Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasının cavabı isə tezliklə Xankəndində bayrağımızın dalğalanması ilə veriləcək".

Arzuman Muradlı hesab edir ki, ermənilərin bu kimi vandallıqlarını davam etdirməsinin bir səbəbi də cəzasızlıq mühitinin hökm sürməsidir: "Əgər İrəvanda keçirilən Avropa çempionatında Azərbaycan bayrağının yandırılmasına beynəlxalq aləm ciddi reaksiya versə və Ermənistan bu barbarlığa görə ciddi şəkildə cəzalandırılsaydı, o zaman bir kimsə yenidən bayrağımıza əl uzatmağa cürət etməzdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31