Vahid Əhmədov Azərbaycanda keçirilən demokratik seçkiləri şübhə altına alır

Vahid Əhmədovun müsahibə zamanı səsləndirdiyi ifadələr hiddət doğurur. Bu fikirləri Vahid müəllimə yaraşdırmadım".

Azərbaycanın öz ərazisində buraxılış məntəqəsi qurmaq hüququ vardır - ÖZƏL

"Olaylar" xəbər verir ki, bunu millət vəkili Kamran Bayramov parlamentin plenar iclasında deyib. Bildirib ki, Vahid müəllim Azərbaycanda keçirilən demokratik seçkiləri şübhə altına alır: "Əgər onun əlində faktları varsa qoy təqdim etsin, ancaq edə bilmirsə onun bu cür fikirlər səsləndirməsi əsassızdır. Onun fikirləri deputatların nüfuzuna xələl gətirir".

Deputat Elşən Musayev qeyd edib ki, Vahid Əhmədovun fikirləri qərəzli xarakter daşıyır. "Bu insan töhmətə layiqdir. Xahiş edirəm Milli Məclisin İntizam komissiyasında bu məsələyə baxılsın".

Digər deputatlar da Vahid Əhmədovun fikirlərini sərt tənqid edib. Bildirilib ki, Vahid Əhmədovun fikirləri xarici qüvvələrin dəyirmanına su tökməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31