"Qarabağ, o cümlədən, Laçın yolu Azərbaycanın suveren ərazisidir"
28 Dekabr 2022 15:43 SiyasətAzərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bir qrup fransız parlamentarilərin "Le Monde" qəzetində dərc olunmuş bir müraciətdə Fransa prezidenti Emmanuel Makrona Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin olunması üçün etdikləri çağırışa münasibət bildirib.
Olaylar.az bildirir ki, səfir bununla bağlı "Twitter" hesabında paylaşım edib.
"Hörmətli Fransa parlamentariləri, Qarabağ, o cümlədən, Laçın yolu Azərbaycanın suveren ərazisidir. Qarabağ erməniləri Azərbaycan vətəndaşları hesab olunur. Ümumbəşəri dəyərlər, mənəvi borc və şərəf sizdən Azərbaycanın sülh səylərini dəstəkləməyi tələb edir," - deyə paylaşımda bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31