Dünya ölkələrinin vəkilliyi ilə rəqabət apara biləcək institutun formalaşmasının şahidi olmuşuq

"Ulu öndər Heydər Əliyevin imzası ilə 1999-cu il 28 dekabr tarixində qəbul olunmuş "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu milli vəkilliyin inkişaf tarixinin başlanğıc nöqtəsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti ilə əlaqədar bir çox sərəncamlar və fərmanlar imzalamışdır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, hüquqi dövlətdə bu təsisatın rolunu nəzərə alaraq, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafına dəstək vermək məqsədilə  Yeni nəsil vəkillərin mütləq əksəriyyətinin həyat yollarının bu şərəfli tarixə təsadüf etməsi özlüyündə rəmzi məna daşıyır: "Çünki çox da uzun zaman keçmədən onlar qısa müddət ərzində Azərbaycan vəkilliyində fundamental dəyişikliklərin və demək olar ki, inkişaf etmiş dünya ölkələrinin vəkilliyi ilə rəqabət apara biləcək institutun formalaşmasının şahidi olmuş oldular. Mübaliğəsiz, bu gün biz Azərbaycan vəkilliyinin intibah dönəmi barədə fikirlər səsləndiririksə, bu tərəqqidə Vəkillər Kollegiyasının hər bir üzvünün öz töhfəsi vardır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31