İndi əsas hədəfimiz Qərbi Azərbaycana Qayıdış olacaq
28 Dekabr 2022 13:00 Siyasət"Hakimiyyətin Qarabağ və məcburi köçkünlərlə bağlı atdığı istənilən müsbət addımını siyasi mövqeyindən asılı olmayaraq bir vətəndaş kimi dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik. Qarabağ bizim ümummilli məsələmizdir". "Olaylar"ın məlumatına görə, bunu Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirli deyib. Qeyd edib ki, Zəngəzur ilə bağlı qərarın bir neçə baxımdan əhəmiyyəti var: "Burda heç bir siyasi rəqabətdən söhbət gedə bilməz. Hələ də hərbi müharibə bitməyib, indi həm də psixoloji müharibə aparılır. Hətta Qarabağda bərpa işləri aparılmaqla, əhalinin ora tezliklə qaytarılması Ermənistanla psixoloji müharibədə üstünlüyümüzdür. Xeyirli-uğurlu olsun. İnşallah, tam olaraq kənd və şəhərlərimiz azad olunar və diğər rayon və şəhərlərimiz kimi onların da bərpası haqqında qərarlar verilər. Aprel döyüşlərində məlum yüksəkliklərin azad olunması,44 günlük müharibənin yolunu açdı. Aprel döyüşlərinin ilk qələbə sevinci Cocuq Mərcanlıdan başladı. İndi isə yaxın zamanlarda ordymuzun yeni qələbələrinin şahidi olub, qarış- qarış da olsa torpaqlarımızı azad edilməsini görəcəyik. Bu gün Laçın Xankəndi yolunda könüllü fəallarımızın apardıqları yumşaq aksiyanın sonu onu göstərir ki, yeni mərhələnin başlanğıcıdır. Hələ də görüləsi çox işlərimiz var. İndi əsas hədəfimiz Qərbi Azərbaycana Qayıdış olacaq. Tarixi torpaqlarımıza qayıdış soydaşlarımızın hüquqlarının bərpası üçün tək hərbi müstəvidə deyil, həm də beynəlxalq müstəvidə daha fəal olmalıyıq".