Vəkillik ölkəmizdə qanunun aliliyinin təmin edilməsində əsas institutlardan biridir - ÖZƏL
28 Dekabr 2022 11:39 SiyasətAzərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-i Azərbaycan Respublikasında "Vəkil günü" peşə bayramı kimi qeyd olunur. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib. Qeyd edib ki, vəkillik ölkəmizdə qanunun aliliyinin təmin edilməsində, vətəndaşlarımızın hüquqlarının müdafiəsində, ədalətin bərqərar olmasında əsas institutlardan biridir: "Bu şərəfli peşə bayramı münasibətilə vəkillərimizi təbrik edirəm, onlara fəaliyyətlərində uğurlar arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31