DGK sədrinin iki müavini vəzifəsindən azad edildi, yeni müavin təyin olundu
28 Dekabr 2022 11:33 SiyasətPrezident İlham Əliyev Natiq Şirinovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncam imzalandığı gündən qüvvəyə minir.
Dövlət başçısının digər sərəncamları ilə İqbal Alıcan oğlu Babayev və Əsgər Həsən oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad ediliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31