Rusiya silahlıların bölgədə qalmasında maraqlıdır - ÖZƏL

"Ceyhun Bayramov Qarabağda erməni silahlı dəstələrinin çıxarılması ilə bağlı Rusiyanın mövqeyi haqda dedikləri diqqət çəkdi. Moskva Bakının tələbi qarşısında bildirir ki, "erməni qoşunların çıxarılması Emənistanın öhdəliyidir". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, əslində Rusiya bu silahlıların bölgədə qalmasında maraqlıdır: Bakıya qarşı təzyiq kartı kimi istifadə edir, separatçıların "müdafiəsi" təşkil olunur: "Silahlı dəstələrin silah-sursatla təmin edilməsinə, "döyüş postları" qurmasına şərait yaradan da sülhməramlılar olub. 4-cü bəndin icrası öhdəliyini İrəvanın üzərinə qoyması isə məsuliyyətdən yayınmaq cəhdidir. Və bu, həm də o deməkdir ki, Azərbaycan qanunsuz silahlı dəstələrin çıxarılması, yaxud neytrallaşdırılması istiqamətində praktiki addım atmasa, nə Ermənistan, nə Rusiya 4-cü bəndi icra etməyəcək, bundan danışıqlar prosesini uzatmaq üçün istifadə edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31