“Ukraynalılar gələcəyi Avropada görürlər" - Almaniya xarici işlər naziri

Ukraynanın Avropa Birliyinə yolu uzun və çətin olacaq, hərçənd AB rəhbərliyi milli qanunvericiliyin dəyişdirilməsində Kiyevi dəstəkləyir.

Olaylar.az xəbər verir ki, bu sözləri Almaniya xarici işlər naziri Annalena Berbok deyib.

"Ukraynalılar gələcəyi Avropada, Avropa Birliyində görürlər. Orada yol hələ uzun və əlbəttə ki, bəzən çətin olacaq, lakin biz Ukraynanın hüquq sistemi və standartlarının AB standartlarına uyğunlaşdırılması prosesində əlimizdən gələni edirik, bununla da üzvlük üçün yolun önünü açırıq", - deyə XİN rəhbəri bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31