"Bizdə Qərbi Azərbaycanla bağlı ümidlər, gözləntilər yarandı"- ÖZƏL
28 Dekabr 2022 10:40 Siyasət"Prezident İlham Əliyevin 24 dekabr tarixində Qərbi Azərbaycan İcması ilə görüşü çox əhəmiyyətli hadisə oldu." Bu sözləri Olaylar.az-a politoloq Oqtay Qasımov deyib: "Ermənistandan qovulan yüz minlərlə vətəndaşımızın problemi gündəmə gətirildi. Onların qayıdışı ilə bağlı faktiki olaraq, dövlət proqramı müəyyən olundu. Bunu diqqətdən qaçırmaq olmaz. Dövlət başçısının doğum günlərini məcburi köçkünlərlə, keçən il isə işğaldan azad edilən ərazilərdə keçirməsi hər kəsə məlumdur. Bu il Qərbi Azərbaycan İcmasının qərargahının açılışında iştirak edərək, onların təşkilatlanmasına önəm verdiyini göstərdi. Bir zamanlar "qaçqın" düşən soydaşlarımızın öz ata-baba torpaqlarına geri dönüşü ilə bağlı ümidlər, gözləntilər yarandı. Qərbi Azərbaycan İcmasının rəsmi şəkildə fəaliyyətə başlaması, hər cür şəraiti olan ofislə təmin olunması, bu istiqamətdə ciddi fəaliyyətə başlanılması gözlədiyimiz nəticələrin alınmasına gətirib çıxaracaq".