Özbəkistanda “Heydər Əliyev İli” ilə bağlı tədbirlər keçiriləcək - ÖZƏL

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 2023-cü il  Azərbaycanda "Heydər Əliyev İli" ilə əlaqədar olaraq bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Mərkəzdən "OLAYLAR"-a bildirilib ki, Ulu öndər Heydər Əliyev adına Özbəkistanın üç aparıcı Universitetinin tələbələri arasında il ərzində xüsusi  təqaüdün təsis edilməsi nəzərdə tutulur. Təqaüd əlaçı tələbələrə veriləcəkdir.

Bundan başqa Ulu öndər Heydər Əliyev adına Özbəkistanın orta məktəblərində esse yazı müsabiqəsinin keçirilməsi də nəzərdə tutulan tədbirlər sırasındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31