"Əli yalın tankların üstünə qaçan xalqın artıq silahı var!"- ÖZƏL
15 Dekabr 2022 12:23 Siyasət"Qarabağa yerləşdirilən Rusiyanın 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadasının hərbçiləridir.
Bu sülhməramlılar 1994-cü ildə Abxaziya və Cənubi Osetiyada idilər. 2008-ci ildə çevrilib hücum briqadası oldu və Tiflisə qədər dağıda-dağıda gəldilər. Dünyanın təzyiqi ilə Gürcüstanın mərkəzinə girməyib geri döndülər. Daha sonra Rusiya Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyini" tanıdı.
Rusiya sülhməramlıları 1992-ci ildə Moldovaya yerləşdirilib. Bu qüvvələrin sayəsində orada Dnestryanı separatçıları öz hakimiyyətini bu günə qədər dondurub, normal həyatını yaşayırlar.
Rusiya sülhməramlıları Tacikstandakı vətəndaş müharibəsinin yatırılmasında iştirak ediblər. Müharibədə 100.000-ə qədər tacik öldü, 1,2 milyon vətəndaş didərgin düşdü. ".
Bu sözləri Olaylar.az-a politoloq Orxan Atabəy deyib
"Çox adam bilmir, Xocalı soyqırımı iştirakçısı 366-cı motoatcı alay da ilk dəfə sülhməramlı kimi Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmişdi.
Ancaq Azərbaycan nə Moldova, nə Gürcüstan, nə də ki 90-cı ilin Azərbaycanıdır. Bunu yəqin ki, anlayırlar. 20 yanvarda əliyalın tankların üstünə qaçan xalqın artıq silahı var! Laçın yolunda aksiya keçirən insanlar silahsız ola bilər, amma arxalarında "skoçlu", lentli avtomatla keşik çəkən Rusiya sülhməramlısından fərqli olaraq, çağdaş dünyanın modern Azərbaycan ordusu durub.

Qarabağda ümumi 1960 rusiyalı hərbçi olmalıdır, bu sayı əsir götürmək üçün Azərbaycan ordusuna bir neçə saat lazımdır, ümid edirəm Moskva bu detalları nəzərində saxlayır".