Moskva proseslərdən narahatdır- ÖZƏL
15 Dekabr 2022 11:36 Siyasət"Laçın yolunda dinc etiraz aksiyaların davam etməsinə baxmayaraq Rusiya sülhməramlı qüvvələri geri addım atmır. Xüsusilə Rusiya Azərbaycanı Xankəndinə buraxmamaqda qərarlı görünür. Bizdə öz etirazlarımızin davam etməsində qərarlı olmalıyıq". Bunu "Olaylar"a deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya sülhməramlı ola bilər etiraz aksiyaların dağılması üçün xəbərdarlıq edə bilər: "Moskva proseslərdən narahatdır. Atacağı addımlar, xüsusilə etirazlara müdaxilə Kremlin əleyhinə işləyəcək. Azərbaycan prosesi Zəngəzur dəhlizinin açılmasına kimi davam etdirməlidir. Azərbaycan hakimiyyətinin qarşısında bundan sonra Qarabağda ermənilərin reinteqrasiyası prosesi başlamalıdır. Vaxt keçdikcə, Moskva Qarabağda separtizmini körükləyir".