İran hakimiyyəti vəziyyəti nəzərə almalıdır-Mübariz Göyüşlü - ÖZƏL
15 Dekabr 2022 10:59 SiyasətMüasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, İranda baş verən prosesləri bu cür edam etmə üsuluna əl atmaqla sakitləşdirmək və yaxud aradan qaldırmaq mümkün deyil:
"Hər hansı bir gərginlikləri, problemləri danışıqlar yolu ilə və yaxud da ki, bu etirazçıların tələbini yerinə yetirmək yolu ilə həll etmək daha məqsədəuyğundur, nəinki zor tətbiq etməklə. Ona görə mən bunu uyğun bir üsul saymıram. Hesab edirəm ki, bu problemin həllinə gətirib çıxarmayacaq, əksinə, gərginliyi, problemləri daha da artıran məqam olacaqdır. O anlamda düşünürəm ki, İran hakimiyyəti vəziyyəti nəzərə almalı və etirazçıların tələbələrinin yerinə yetirilməsinə daha çox köklənməlidir, nəinki edam, həbs etmək və başqa bu cür cəzalandırma üsullarının seçilməsi qarşı tərəfi qıcıqlandıran və gərginliyi artıran məqamlardan biri ola bilər".