Hollandiyadakı Rusiya səfirliyi qarşısında Şuşa etirazına dəstək aksiyası keçiriləcək - ÖZƏL
15 Dekabr 2022 10:45 SiyasətDekabrın 18-də Niderland Krallığındakı Rusiya səfirliyi qarşısında Şuşada Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin dinc aksiyasına dəstək məqsədilə etiraz aksiyası keçiriləcək. Bu barədə məlumatı "OLAYLAR" Hiollandiya-Azərbaycan Türk Mədəniyyəti Dərnəyinin sədri İlhan Aşkın verib. O bildirib ki, artıq aksiyanın keçirilməsi ilə bağlı Hollandiyanın müvafiq qurumlarından da icazə alınıb: "Niderland Krallığındakı Azərbaycan təşkilat və cəmiyyətlərinin birgə keçirəcəyi aksiyada Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıların ermənilərin maraqlarına xidmət edən fəaliyyəti pislənəcək, Azərbaycanın hökumət nümayəndələrinin Qarabağda ekoloji monitorinq aparılmasına sülhməramlıların şərait yaratması Rusiyadan tələb olunacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31