"Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır!" - Xarici İşlər Nazirliyi
14 Dekabr 2022 22:12 SiyasətErmənistanın cəzasız qalması yeni cinayətlərə yol açır.
Olaylar.az xəbər verir ki, bu barədə çərşənbə günü Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində Kəlbəcərdəki mina partlayışı ilə bağlı yerləşdirilən tvitdə deyilir.
"Bu gün Kəlbəcərdə Ermənistanın yerləşdirdiyi minanın partlaması nəticəsində 4 mülki işçi ağır xəsarət alıb. Bundan başqa, 1 gizir həlak olub, 3 əsgər yaralanıb. 2020-ci il müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının sayı 278-ə çatıb. Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır!", - deyə tvitdə bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31